Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində atasının silahı ilə dostuna atəş açan on yaşlı məktəblinin yerli şəhər şurası deputatının oğlu olduğu üzə çıxıb. 

"Unikal" xəbər verir ki, Ruaiya mətbuatında hadisənin təsadüfən baş verdiyi qeyd olunub. 

Onu da deyək ki, hadisə mayın 24-də baş verib. 

Belə ki, uşaq qarajdakı seyfdən atasına məxsus ov karabinini götürüb. O, təsadüfən dostunun olduğu istiqamətə atəş açıb. Zərərçəkmiş qarın boşluğundan güllə yarası ilə feldşer məntəqəsinə aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Ağarza Elçinoğlu