Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Selçuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 qırıcı təyyarəsi ilə uçub.

"Unikal" xəbər verir ki, S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

Bayraktarın uçduğu MİQ-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.