Dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir.

"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub: "Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.