“Müqavimət” hərəkatının iştirakçıları Baqramyan prospektini bağlayıb və oturaq aksiyaya başlayıblar.

"Unikal" xəbər verir ki, bu  barədə Etmənistan mətbuatı məlumat yayıb.  

Bildirilir ki,  Milli Məclisin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan və müxalif deputatlar oturaraq etirazlarını  bildiriblər. Onlar "Ermənistanda hakimiyət yoxdur",  "Nikol get!" şüarları səsləndiriblər. 

Xatırladaq ki, səhər tezdən “Müqavimət” hərəkatının iştirakçıları Fransa meydanından Baqramyan prospektinə qədər yürüş edərək prezident iqamətgahını mühasirəyə alıblar.

Gülayə Mecid