Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi daha bir idmançının həyatına son qoyub.

"Unikal" xəbər verir ki, Çerkassı vilayətinin ən yaxşı boksçularından biri, ikiqat Ukrayna çempionu, beynəlxalq dərəcəli idman ustası Oleh Prudki rus işğalçıları ilə döyüşlərdə həlak olub.

Bu barədə Çerkassı Boks Federasiyasının prezidenti Serhi Tışşenko məlumat verib.

Oleq Prudki 60 kq çəki dərəcəsində ikiqat Ukrayna çempionu və beynəlxalq dərəcəli idman ustası olub. Prudki həm də "Ukrayna atamanları" yarımpeşəkar boks komandasında çıxışı ilə yadda qalıb.

Gülayə Mecid