Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, hazırda aşağıdakı yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Tbilisi prospekti – şəhər və “20 Yanvar” dairəsi istiqamətində;

2. Alı Mustafayev küçəsi – “Velotrek”in qarşısından Ziya Bünyadov prospektinə qalxan yolda;

3. Rövşən Cəfərov küçəsi - 3 mkr dairəsindən “20 Yanvar” dairəsinə qalxan yolda;

4. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində;

5. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;

6. Mustafa Kamal Atatürk prospekti - Ziya Bünyadov prospekti istiqamətində;

7. Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;

8. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının yanından şəhər istiqamətində köməkçi yolda;

9. Şah İsmayıl Xətai prospekti - Heydər Əliyev prospekti istiqamətində;

10. Abbasqulu ağa Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqamətində;

11. İstiqlaliyyət küçəsi - “Azneft” dairəsi istiqamətində;

12. Koroğlu Rəhimov küçəsi - ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində.

***

08:23

Səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

"Unikal" xəbər verir ki, yağışlı hava şəraiti yolda yaranan sıxlığı daha da artırıb. 

Tıxac Abşeron Gənclər Şəhərciyindən başlayaraq “20 Yanvar” metrostansiyasının yaxınlığına qədər davam edir.

Anar Kəlbiyev