Kanadanın Kvebek əyalətində meymunçiçəyinə 10 yeni yoluxma aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə əyalətin səhiyyə rəsmiləri məlumat verib. Bununla da Kanadada meymunçiçəyinə yoluxanların sayı 15 nəfərə çatıb.

Rəsmi mənbələr bildirib ki, əyalətdə müalicə üçün kifayət qədər dərman ehtiyatı var. Lakin yoluxanların heç birinin vəziyyəti ağır olmadığı üçün xüsusi müalicəyə ehtiyac yoxdur.