Növbəti "Qızıl top" mərasimi 2022-ci il oktyabrın 17-də Parisdəki "Teatr dü Şatle" salonunda keçiriləcək.

"Unikal" xəbər verir ki, cari ildə kişilər və qadınlar üçün nominasiyalar, həmçinin ən yaxşı gənc oyunçu və ən yaxşı qapıçı mükafatlarına namizədlərin siyahıları isə avqustun 12-də açıqlanacaq.

Qeyd edək ki, ötən il əsas mükafatları PSJ-nin hücumçusu Lionel Messi, "Barselona"nın futbolçusu Aleksiya Putellas, "Barselona"nın yarımmüdafiəçisi Pedri və PSJ-nin qapıçısı Canluici Donnarumma alıb.