İraqda Türkiyə ordusunun daha 2 hərbi qulluqçusu şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçilərin İraqın şimalında keçirilən “Pençe-Kilit” antiterror əməliyyatında şəhid olduğu bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə daha 3 hərbçinin şəhid olduğunu açıqlamışdı.