"Hazırda Bakı şəhərindəyəm, istirahət edirəm".

Bunu "Unikal"a açıqlamasında sabiq mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, hələlik hansısa bir iş təklifi almadığını bildirib:

"Səhhətim də yaxşıdır. Heç bir problem yoxdur", - deyə keçmiş nazir vurğulayıb.

Qeyd edək ki, Əbülfəs Qarayev 2020-ci ilin may ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. 

Murad İbrahimli