Rusiya prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaqla və məqsədlərinə çata bilməməklə böyük strateji səhvə yol verib. 

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Mən onun (Putinin) hissləri barədə spekulyasiya etmək istəmirəm, lakin o, böyük strateji səhvə yol verib. Rusiya prezidenti Putin dekabrda NATO-ya göndərdiyi və bizim imzalamamızı istədiyi sənəddə: "Bir daha NATO-nun genişlənməsinə ehtiyac yoxdur" açıqlanmışdı. İndi isə NATO  genişlənir. O, Ukraynada strateji məqsədlərinə çatmayıb”, - deyə Stoltenberq bildirib.

NATO-nun baş katibi Rusiyanın Ukrayna paytaxtını ələ keçirmək, hökuməti devirmək planının iflasa uğradığına diqqət çəkib:

"O (Putin – red.) rus qoşunlarını Kiyevdən və ölkənin şimalından çıxarmağa məcbur olub. Donbassda isə hücum çox ləng gedir”, - Stoltenberq bildirib.

Gülayə Mecid