Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirlərinin Toplantısında onlayn çıxış edib.

"Unikal" xəbər verir ki, çıxışında NATO-nun sərhədlərinə yaxınlaşdığını vurğulayan Şoyqu, ölkəsinin də döyüş potensialını xeyli artırdığını bildirib.

Şərqi Avropada kollektiv təhlükəsizlik vəziyyətinin xeyli pisləşdiyini deyən general NATO-nun şərqə doğru genişləndiyini və Rusiya ərazisi yaxınlığında hücum silahlarının yerləşdirildiyini xatırladıb.

Şoyqu bəyan edib ki, Rusiyanın səylərinə baxmayaraq, əsas problemlərin həlli ilə bağlı Qərbin təklifləri nəzərə alınmayıb.

Gülayə  Mecid