“Pençe-Kilit” antiterror əməliyyatında 3 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Digər tərəfdən ağır xəsarətlərlə xəstəxanaya qaldırılan əsgərlərdən leytenant Abdülkadir Gülər ​​bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və şəhid olub.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

***14:08

İraqın şimalında aparılan “Pençe-Kilit” antiterror əməliyyatında 3 Türkiyə əsgəri şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, 4 hərbçi yaralanıb.