Bu il Azərbaycanda doğulan 1 uşağa Ərdoğan adı verilib.

"Unikal" xəbər verir ki, son 5 ildə Azərbaycanda yeni doğulan 16 körpəyə Ərdoğan adı qoyulub.

2018-ci ildə 2, 2019-cu ildə 1, 2020-ci ildə 5, 2021-ci ildə isə 7 uşağa valideynləri Ərdoğan adı veriblər.

Qeyd edək ki, Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyibin soyadıdır.

Anar Kəlbiyev