"Anonymous" haker qrupu Rusiyanın "Killnet" haker qrupuna qarşı rəsmən kibermüharibə elan edib.

"Unikal" xəbər verir ki, bu barədə "Anonymous" qrupu "Twitter" səhifəsində məlumat yayıb.

""Anonymous" komandası rəsmi olaraq Rusiyanın "Killnet" hakerlik qrupuna qarşı kibermüharibə aparır”, - qrupun bəyanatında deyilir.

"Anonymous" əlavə edib ki, onlar artıq  Kremlpərəst "Killnet" hakerlərinin öz fəaliyyətlərini gözdən salmaq və pozmaq üçün istifadə etdikləri e-poçt və parolların siyahısını sındırıb və yayımlayıblar.