Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 234 uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb.

"Unikal" xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Ukrayna ərazisinin Rusiya tərəfindən bombardman olunması nəticəsində 1848 təhsil müəssisəsinə ziyan dəyib, 173-ü tamamilə dağılıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.