Ermənistanın Xüsusi Təyinatlı polisləri Xarici İşlər Nazirliyinin binasının içində olan etirazçılara qarşı amansız güc tətbiq edirlər.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir  ki, hazırda çoxlu sayda "Qırmızı beretlilər" nazirliyə daxil olan etirazçıları çölə çıxarmağa çalışır. 

Bildirək ki, Nikol Paşinyanın istefasını tələb edən minlərlə vətəndaş səhər saatlarından Xarici İşlər Nazirliyinin binasının girişini bağlayıb.

***11:44

Ermənistan Milli Assambleyasının müxalifətçi deputatlarının tələbi yerinə yetirilib və onlara Xarici İşlər Nazirliyinin binasına buraxılıb.

"Unikal" xəbər verir ki, bu  barədə Ermənistan KİV-iməlumat yayıb. 

***10:20

“Müqavimət” hərəkatının üzvləri Fransa meydanından XİN binasına qədər yürüş edərək, onu mühasirəyə alıblar.

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir  ki,  bu  barədə  “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan məlumat yayıb. 

 "Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir. Biz bütün binanı bütün girişləri ilə bağlamalıyıq", - deyə o bildirib və bundan sonra etirazçılar polis zəncirini sıxaraq binanın həyətinə daxil olublar.

Qeyd edək ki, “Müqavimət” hərəkatının iştirakçıları bu gün, mayın 24-də səhər tezdən Fransa meydanına toplaşıb və oradan İrəvan küçələri ilə yürüş başlayıb.

Gülayə Mecid