Aparıcı Xoşqədəm Hidayətqızının (Baxşəliyeva) məhkəməsinin vaxtı məlum olub.

"Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 26-sı, saat 15:30-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, Xoşqədəm Hidayətqızı Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramovun müraciəti ilə Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verilib. Vəkil Xoşqədəm Hidayətqızını efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaqda ittiham edib.

Seymur Əli