Xəbər verdiyimiz kimi, İstanbulun Fatih səmtində iki qrup arasında çıxan davada dünyasını dəyişənlər arasında  azərbaycanlı aktyor Kamran Dadaşzadə də yer alıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin anların videosu yayılıb. Görüntüdə iki qrup arasında dava çıxdığı, polisin isə onları sakitləşdirməyə çalışdığı görünüb. Müdaxiləyə əhəmiyyət verməyən bir şəxs silahla atəş açmağa başlayıb. Polis də həmin şəxslərə qarşı silah tətbiq edib.

***09:47

Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Fatih rayonu ərazisində baş verib. Belə ki, ötən gün iki qrup arasında çıxan atışma nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb. Bunlardan biri də Kamran Dadaşzadə olub.

Təsadüf nəticəsində hadisə yerində olan K.Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. O, dərhal xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.