Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb.

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir ki, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.

Xatırladaq ki, Ermənistanda mayın 2-dən etibarən "Müqavimət" hərəkətinin nümayəndələri  Baş nazir istefası tələbi ilə itaətsizlik aksiyalarına başlayıblar.

Gülayə Mecid