ABŞ müdafiə naziri Lloyd Ostin 20 ölkənin Ukraynaya yeni silah yardımı edəcəklərini açıqlayıb.

"Unikal" xəbər verir ki, Ostin və ABŞ Baş Qərargah rəisi general Mark Milley 47 ölkədən hərbi və müdafiə rəsmiləri ilə Ukrayna Müdafiə Təmas Qrupu toplantısına qatılıb.

Virtual mühitdə keçirilən görüşdən sonra iki səlahiyyətli mətbuat konfransı təşkil edib.  

Konfransda iştirakçı ölkələrin Ukraynaya dəstək mövzusundakı qətiyyətinə toxunan Ostin, “Ukraynaya əlavə yardımla bağlı da çox qənaətbəxş açıqlamalar verildi. 20 ölkə Ukraynaya yeni silah yardımı edəcəklərini açıqlayıb. Bir çox ölkələr çox ehtiyac duyulan artilleriya mərmiləri, sahil müdafiə sistemləri, tanklar və digər zirehli texnikalar bağışlayır”, - deyə bildirib. 

Ostin Danimarkaya öz sahillərini müdafiə etmək üçün Ukraynanı “Harpun” raketləri və buraxılış qurğuları ilə təmin edəcəyini elan etdiyinə görə, Ukrayna ordusunu tank, raket və helikopterlə təmin edəcəyini vəd edən Çexiyaya təşəkkür edib.

ABŞ-lı nazir görüşdə Norveç, Yunanıstan, Polşa və İtaliyanın da Ukraynaya yeni artilleriya sistemləri və sursatlar verəcəklərini açıqlayıb.

Gülayə Mecid