Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidentiAleksandr Lukaşenko Soçidə görüşüb.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onlar təkbətək formatda danışıblar.

"Biz burada, Soçidə ayrıca görüş keçirməyə razılaşdıq, çünki şərait belə ciddi, dərin söhbət tələb edir. Mən regionda təhlükəsizlik məsələləri, ölkələrimizin təhlükəsizliyi ilə bağlı hər şeyi, həmçinin, iqtisadiyyatla bağlı məsələləri nəzərdə tuturam", - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya sanksiyaların öhdəsindən gəlir: "Qeyd etmək istərdim ki, bütün çətinliklərə baxmayaraq, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə dözür. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir".

Lukaşenko isə öz növbəsində mövcud vəziyyəti "fürsət vaxtı" adlandırıb və qeyd edib ki, Qərb ölkələri "bunu dərk etmədən bizi öz iqtisadiyyatları ilə daha intensiv işləməyə sövq edib".

Ağarza Elçinoğlu