Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Portuqaliyanın "Tondela" klubundan ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə futbolçu instaqram səhifəsində paylaşım edib.

R.Dadaşovun icarə əsasında çıxış etdiyi Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatıb.

Qeyd edək ki, futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.