Türkiyəli aktyor Çağatay Ulusoy Amerikanın Los-Anceles şəhərində qurduğu "Teakina" markasının yeni şöbəsini açmağa qərar verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rize çaylarının ABŞ-dakı satışlarından məmnun olan aktyor ölkəsində də satışlara başlayacaq.

Qeyd edək ki, aktyor tezliklə "Süslü korkuluk" serialında rol alacaq.