22.05.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ailə təməlini Akademiyada atmış məzunlarla görüş təşkil olunub. 

"Unikal" xəbər verir ki, görüş zamanı məzunlar təhsil aldıqları auditoriyaları, kitabxananı ziyarət etmiş, daha sonra çay süfrəsi arxasında müəllimləri ilə görüşərək öz xatirələrini bölüşüblər. 

Akademiyanın rektoru prof. Hüseyn Qaraşov məzunlarla görüşdən məmnunluğunu dilə gətirərək, rəhbərlik tərəfindən hər zaman onlara diqqət və qayğının göstərildiyindən bəhs edib.  Sonda məzunlarla xatirə şəkli çəkilib.