Daşkənddə Özbəkistan Respublikasının Turizm və Mədəni İrs nazirliyinin təşkilatçılığı, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞAT) sədrliyi ilə “GPOS-a üzv dövlətlər arasında əməkdaşlığın yeni mərhələsi: turizm və mədəni irs” adlı Beynəlxalq Forum keçirilib.

"Unikal" xəbər verir ki, akademik və işgüzar dairələrin, eləcə də çoxsaylı beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə  Azərbaycan Turizm və Menecment Universitetini (ATMU)  “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov təmsil edib.

Forum çərçivəsində “ŞAT ölkələrinin turizm və mədəni irsi sahəsində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” adlı platforma da təşkil olunub.

Tədbirin gedişatında mədəni irsin qorunması, turizmin cari vəziyyəti, bərpası və perspektivləri, təbliğinə dair layihələrin işlənib hazırlanması, təhsil, innovativ və investisiya əməkdaşlığının inkişafı, turizm və mədəni irs sahəsində çoxtərəfli əməkdaşlıq və s. mövzularda fikir mübadiləsi aparılıb.