Avstraliyada ötən gün keçirilən seçkidə qalib gələn İşçi Partiyasının lideri Entoni Albanese paytaxt Kanberrada təşkil edilən mərasimdə ölkənin 31-ci baş naziri kimi and içib.

"Unikal" xəbər verir  ki, andiçmə mərasimi Avstraliyanın Baş Qubernatoru Devid Hurlinin Kanberradakı ofisində keçirilib.

Albanese ilə yanaşı, Riçard Marles baş nazirin müavini, Penni Vonq dövlət katibi, Katy Gallagher və Cim Chalmers isə maliyyə naziri kimi and içiblər.

Digər tərəfdən, ölkə mətbuatında yer alan xəbərlərə görə, səslərin sayılması davam edir. Seçkidə verilən səslərin 72 faizi hesablanıb.