Gələn həftə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, iclas mayın 31-də olacaq. İclas başa çatdıqdan sonra spiker Milli Məclisin 2022-ci il yaz sessiyasını bağlı elan edəcək.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə parlamentin yaz sessiyası başa çatacaq.

Yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclaslar keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Anar Kəlbiyev