"Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən PUA-larımız Qarabağ müharibəsində günahsız insanları qətlə yetirən ölüm maşınları kimi təqdim edilirdi".

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini tərifləyənlər dünənə kimi Liviyada və Suriyada atdığımız addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər", - Ərdoğan vurğulayıb.