"Genişmiqyaslı işğalın başlanğıcından bəri rus ordusu Əfqanıstanda doqquz illik müharibədə Sovet İttifaqı qədər çox əsgər itirdi".

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb.

"Rusiya "xüsusi hərbi əməliyyat"ının ilk üç ayında çox güman ki, Əfqanıstanda doqquz il davam edən müharibə zamanı Sovet İttifaqının itkiləri ilə eyni sayda itki verib”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilir ki, bu cür itkilər zəif taktika, məhdud hava örtüyü, çevikliyin olmaması və komanda yanaşması nəticəsində baş verib.

Xatırladaq ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ukraynalı müdafiəçilər 29 200-ə yaxın işğalçını məhv ediblər. 

Gülayə Mecid