Ukrayna Prezidenti Vladimir Zelenski “Ukraynanın bəzi qanunlarına fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyinin artırılması ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

"Unikal" xəbər verir ki , bu barədə Ukrayna prezidentinin ofisinin mətbuat xidməti məlumat  yayıb.

Belə ki, sənəd fiziki və ya hüquqi şəxsə məxsus əmlakın, habelə onun bilavasitə və ya dolayısı ilə sərəncam verə biləcəyi aktivlərin dövlət gəlirlərinə qaytarılması şəklində yeni sanksiyalar növü müəyyən edir.

"Bir şəxsin belə sanksiyaya məruz qalanlara aid edilə biləcəyi aydın meyarlar var. Rusların Ukraynaya qarşı təcavüzünə bu və ya digər şəkildə dəstək verən sanksiya tətbiq edilmiş şəxslərin aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi proseduru Ukrayna büdcəsini düşmənlər hesabına tez və səmərəli şəkildə doldurmağa imkan verəcək.Qanun onuniştirakçıları üçün aydın göstərişlər verir", - deyə  Zelenski bildirib.