“Azərbaycanda 4 minə yaxın QHT qeydiyyatdan keçib”.

"Unikal"ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, onların bəziləri aktiv fəaliyyət göstərmir: “Ancaq əksəriyyəti faəl şəkildə fəaliyyət göstərirlər”.