Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Xarkov xilasediciləri düşmənin atəşi nəticəsində məhv edilmiş 98 sahədə dağıntıları söküblər. Dağıntılar altından 150-dən çox ölənin cəsədi çıxarılıb.

"Unikal" xəbər verir  ki, bu barədə Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidməti rəhbərinin müavini Anatoli Toryanik milli telemarafonun efirində danışıb.

"Xarkovda bölmələrimiz dağıntılar altından 150-dən çox cəsəd çıxarıb. Xilasetmə əməliyyatları zamanı 250-dən çox insanı xilas edilib", - o deyib.

Toryanik bildirib ki, Xarkovda ən çox atəşə tutulanlar Şimali Saltivka, Pyatihatki, Jukovski kəndi, Rohan və Horizont olub.

Gülayə  Mecid