Rusiya əsgərləri Xarkov vilayətinin İzyumski rayonundan geri çəkilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna ordusu Dolqenkoye kəndində rusların hücumunu dəf edib, onlar itki verərək geri çəkiliblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir: "Qərb Hərbi Dairəsinin, Baltik Donanmasının 11-ci Ordu Korpusunun, Şərq və Mərkəzi Hərbi Dairələrin ayrı-ayrı hissələrinin qüvvələri ilə düşmən Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır. Dolqenkoye qəsəbəsinə edilən hücum Müdafiə Qüvvələrinin bölmələri tərəfindən dəf edilib, düşmən itki verib və geri çəkilib".

Ağarza Elçinoğlu