Müharibə, təqib və digər səbəblərdən evini tərk edən şəxslərin sayı tarixdə ilk dəfə 100 milyon nəfəri keçib.

"Unikal" xəbər verir ki, bu statistikanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

Qurum bildirir ki, 2021-ci ildə Əfqanıstan, Konqo, Myanma, Efiopiya və Nigeriyadakı münaqişələr səbəbindən qaçqın və köçkünlərin sayı 90 milyon nəfərə çatıb. 2022-ci ildə isə Ukrayna münaqişəsi nəticəsində 8 milyon nəfər köçkün, 6 milyon nəfər qaçqına çevrilib.