"Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır".

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

"Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq. Amma bir daha vurğulayacağam: sülh danışıqlarının davam etdirilməsi üçün top Ukrayna tərəfindədir. Danışıqların dondurulması bütünlüklə Ukraynanın təşəbbüsüdür", - Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya heç vaxt danışıqlardan imtina etməyib: "Rusiya Prezidenti Vladimir Putin bunu dəfələrlə təsdiqləyib. Yeganə sual ondan ibarətdir ki, prezidentlər arasında sammit görüşünün baş tutması üçün ciddi hazırlıq lazımdır".