Moldova hakimiyyəti sorğu ünvanlayarsa, ABŞ bu ölkəyə silah göndərməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr üzrə komitəsinin rəhbəri Qriqori Miks deyib.

"Mənim mövqeyim ondan ibarətdir ki, biz Moldova hökuməti ilə danışmalıyıq. Mən Moldova rəhbərliyinin bizdən tələb etdiyindən kənara çıxmaq istəmirəm", - o bildirib.