Fransa HHQ-nə məxsus 2 "Rafael" qırıcı təyyarəsi havada toqquşub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Konyak şəhəri yaxınlığındakı aeroportda baş verib.

Məlum olub ki, təyyarələrdən biri digərinin quyruq hissəsi ilə toqquşub. Nəticədə təyyarənin bir neçə detalı qoparaq yerə düşüb. Hər 2 qırıcı təhlükəsiz şəkildə aerodroma enib. Toqquşma səsi yerli sakinlər arasında həyəcana səbəb olub.

Faktla bağlı araşdırma aparılır.