Hindistanın şimalında Cammu-Şrinaqar magistralında tunel çöküb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, xilasedicilər dağıntıların altından 10 işçinin cəsədini çıxarıblar.

Məlumata görə, itkin düşənlərin hamısının cəsədləri tapıldığı üçün ölənlərin axtarışı başa çatıb.

Tunelin sürüşmə nəticəsində çökməsi ehtimal edilir. 

Polis hadisənin başvermə şəraitini araşdırır. Faktla bağlı cinayət işi açılıb.