ABŞ Prezidenti Co Baydenin Yaponiyaya səfəri etirazla qarşılanıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-ın məlumatında deyilir. 

Bildirilir ki, etirazçılar bu səfərin Çinlə münasibətlərə mənfi təsirindən ehtiyat edirlər.

Qeyd edək ki, bu, Amerika liderinin prezident qismində Yaponiyaya ilk dəfə rəsmi səfəridir. Səfər şərçivəsində o, Baş nazir Fumio Kisida, imperator Naruxito, həmçinin KXDR kəşfiyyatının oğurladığı şəxslərin ailələri ilə görüşəcək.

Ertəsi gün Bayden təhlükəsizliklə bağlı dörtərəfli sammitdə (Yaponiya, Avstraliya, Hindistan, ABŞ) iştirak edəcək.