İtaliya A seriyasında mövsümün sonuncu - 38-ci turunun oyunları davam edir.

"Unikal" xəbər verir ki, "Napoli" səfərdə "Spetsiya"nın qonağı olub. Qarşılaşma Neapol təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 79-a yüksəldən "Napoli" çempionatı 3-cü pillədə tamamlayıb. 36 xal toplayan "Spetsiya" isə 16-cı olub.

"Spetsiya" - "Napoli"  - 0:3

Qollar: Matteo Politano, 4, Pyotr Zielinski, 25, Dieqo Demme, 36