İstanbul təmsilçisi olan "Qalatasaray"ın futbolçusu Rayan Babel komandadan ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə niderlandlı hücumçu özü paylaşdığı videoda açıqlama verib. 

Qeyd edək ki, Rayan Babel 2019-cu ilin yayından "Qalatasaray"da çıxış edirdi. 35 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.