Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərindən çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün Telegram kanalında məlumat verib. Bildirib ki, deputatlar 287 səslə Ukraynanın “Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında” sazişdən, 274 səslə isə “Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının şücaət və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında” sazişdən çıxmasını dəstəkləyiblər.

Xatırladaq ki, Ukrayna indiyədək MDB çərçivəsində "İnkişaf etməkdə olan ölkələrdən malların mənşəyinin müəyyən edilməsi qaydaları" ilə bağlı, "Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın əsas istiqamətləri haqqında"  və "Mülki aviasiya və hava məkanından istifadəyə dair"  sazişlərdən çıxıb.

Ramil Zeynallı