"TRT1" kanalında yayımlanan "Seksenler" serialı final qərarı alıb. 
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 mövsümdür yayımlanan ekran işi iyunda izləyicilərinə vida edəcək. 

Serialın yerinə isə "Mükəmməl eşleşme" adlı yeni ekran işi yayımlanacaq. 

Qeyd edək ki, "Seksenler"in baş rollarını Özlem Türkad, Şoray Uzun, İlkər Ayrık, Ayşə Tolqa canlandırır.