Samux rayonunda qadından tiryək götürülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən A.Quliyeva saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 37 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.