Kanada hakimiyyətinin elan etdiyi və təkcə rəhbərlik, hərbi və işgüzar dairələri deyil, bəzi hallarda “qara siyahı”ya düşənlərin ən yaxın qohumlarını da əhatə edən anti-Rusiya sanksiyalarına cavab olaraq Rusiya Kanada vətəndaşlarını ölkəyə girişini əngəlləyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Söhbət yüksək rütbəli məmurlardan, onların qohumlarından və dostlarından, hərbi sənaye kompleksinin və gəmiqayırma sənayesinin top-menecerlərindən, silahlı qüvvələrin komandanlığından gedir", - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Baş nazir Castin Trüdonun həyat yoldaşı Sofi Trüdo başda olmaqla, ümumilikdə 26 kanadalıya sanksiya tətbiq edilib.