Türkiyəli aktrisa Gülsim Ali açıqlaması ilə diqqət çəkib.

"Unikal" xəbər verir ki, aktrisa gözəllik məfhumunun insanlarda yaratdığı təzyiqi pisləyib:

"Gözəlliklə bağlı təzyiqi biz bu qədər böyütdük? Gözəllik deyə bir şey qalmayıb, hamı fotoşoplu, filtrli, estetik əməliyyatlıdır. Bunların əleyhinəyəm, gənc qızlar, hətta oğlanların belə özlərindən başqa biri kimi olmalarından narahatam. Bəlkə insanlar məni mühakimə edəcəklər, bilmirəm. Amma gördüklərimi, hiss etdiklərimi paylaşıram".