Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə NATO  Baş katibi Yens Stoltenberq  "Twitter" hesabında paylaşım edib.

"Dəyərli müttəfiqimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun “açıq qapı” siyasətinin əhəmiyyəti və Finlandiya və İsveç tərəfindən üzvlük müraciətləri haqqında danışdıq. Biz razılaşırıq ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalı və həll yolu tapmaq üçün danışıqlar davam etdirilməlidir”, - Stoltenberq bildirib.