Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Müqavimət” hərəkatının mitinqində iştirak edir.

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.  Bununla yanaşı, yerli media etirazçıların Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüşü başladığını yazıb. 

***18:30

İrəvanda "Müqavimət” hərəkatının üzvləri  Fransa meydanında mitinq keçirirlər.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir  ki, meydana toplaşan yüzlərlə erməni Nikol Paşinyanın istefasını  tələb edir.  

Xatırladaq ki, mayın 2-dən həm İrəvanda daxil olmaqla Ermənistanın digər bölgələrində baş nazir Nikol Paşinyanın istefasını tələb edən itaətsizlik aksiyaları başlayıb.