Qazaxıstanın Şimkent şəhərində doğum evinin yaxınlığında yerləşən 2 mərtəbəli aptek binasında güclü partlayış baş verib. 

"Unikal" xəbər verir ki, hadisədən sonra binada yanğın başlayıb. Əraziyə xilasedici qüvvələr sövq edilib. Hadisə nəticəsində binanın mühafizəçisi və  18 aylıq körpə yanaraq ölüb. Yaralıların olduğu bildirilir. 

Partlayışın baş verdiyi binanın yanındakı doğum evindən 100-dən çox hamilə qadın və yeni doğulmuş körpənin təxliyə edildiyi də bildirilib.